29.10.2025
29 oktyabr 2025 - ci il tarixində Ağstafa Rayon MKS-nin Poylu kənd 1 və 2 saylı, Xətai, Tatlı, Köhnəqışlaq, Yaradulla, Aşağı Kəsəmən 1saylı və Yenigün kitabxana filiallarının birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Sənə Zəfər Yaraşır Azərbaycan" başlıqlı tədbir təşkil edildi. İlk öncə Azərbaycanın dövlət himni səsləndirildi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik zükutla yad edildi.
Tədirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Silahlı Qüvvələrimizin peşəkarlığı sayəsində Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu böyük Zəfər nəticəsində 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Müharibənin yekunları, yalnız ərazilərimizin azad olunması ilə deyil, həm də Azərbaycanın milli qürurunun və ərazi bütövlüyünün bərpası ilə tarixə yazıldı. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz bölgədə sülh və sabitlik təmin etmək üçün fəal siyasət yürüdərək, Ermənistanı milli maraqlarımızı tanımağa məcbur etdi. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etdi və bu tarixi ədalətsizliyə son qoydu. Bu gün işğaldan azad edilən torpaqlarımızın yüksəkliklərində dalğalanan Azərbaycan Bayrağı xalqımızın birliyini, iradəsini və gələcəyə inamını əks etdirir.Bir vaxtlar ümidlərimizin solduğu, həsrət qaldığımız bu torpaqlarda bu gün başıuca, qürurla gəzirik. Azad olunan torpaqlar Azərbaycanın gücünün, dövlət siyasətinin və xalqın sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu tarixi Zəfər, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaqdır deyə söylədilər.
Sonda şagirdlər Zəfər gününə həsr olunmuş şeirlər səsləndirdilər və Poylu kənd sakini, rəssam şair Süleyman Əhmədoğlu zəfər gününə həsr etdiyi şeirlərini səsləndirdi.